BAKI, 3 dekabr. TELEQRAF

İngiltərənin “Arsenal” klubu Almaniya təmsilçisi "Ayntraxt"ın fransız futbolçu Jan-Matteo Baoyanı qışda transfer edə bilər.

Teleqraf “Sky Sport Germany”ə istinadən xəbər verir ki, 20 yaşlı fransız yarımmüdafiəçi Londond klubunun ciddi maraq dairəsinə düşüb.

Tərəflər hələ danışıqlara başlamayıb. Jan-Matteo Baoyanın transfer dəyəri 70 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Kamerun əsilli Baoya bütün yaş qruplarında Fransanı təmsil edib. O, bu mövsüm Bundesliqada yalnız “Ayntraxt”un mümkün oyunlarının yarısında iştirak edib. “Qarabağ” UEFA Çempionlar Liqasının VII turunda yanvarın 1-də Bakıda “Ayntraxt”ı qəbul edəcək.