BAKI, 2 dekabr. TELEQRAF

Bizon Azərbaycan Kubokunun növbəti 1/4 finalçısı müəyyənləşib.

Teleqraf xəbər verir ki, 1/8 finalda Premyer Liqa təmsilçiləri “Zirə” və “Neftçi” komandaları üz-üzə gəlib - 1:0.

Zirə Olimpiya Kompleksinin stadionunda keçirilən matçın əsas hissəsində qolsuz bərabərlik qeydə alındığı üçün oyun əlavə vaxta gedib. Görüşün 116-cı dəqiqəsində “qartallar” Martins Juniorun qolu sayəsində növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, günün ilk qarşılaşmasında “Turan Tovuz” “Şahdağ Qusar”ı 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.1/8 final mərhələsinin oyunları dekabrın 4-də başa çatacaq.