BAKI, 2 dekabr. TELEQRAF

İngiltərənin "Arsenal" klubunun futbolçusu Deklan Rays Futbol Tərəfdarları Assosiasiyasının (Football Supporters Association's) "İlin Oyunçusu" mükafatını qazanıb.

Teleqraf xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi səsvermədə Erlinq Holand ("Mançester Siti"), Antuan Semenyo ("Bornmut"), Moyses Kaysedo ("Çelsi"), Rayan Qravenberx ("Liverpul") və Jan-Filipp Matetanı ("Kristal Pelas") qabaqlayıb.

Səsvermə İngiltərə və Uelsdən olan azarkeşlər arasında aparılıb.

Qeyd edək ki, Deklan Rays bu mükafatı qazanan ikinci "Arsenal" futbolçusudur. Daha əvvəl, 2015-ci ildə Aleksis Sançes buna nail olub.