ŞAMAXI, 30 noyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının XIII turunun “Şamaxı” - “Sumqayıt” oyununda insident baş verib.

Teleqraf xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matçda qonaqların cinah oyunçusu Aleksey Yankoviç 88-ci dəqiqədə hesabı bərabərləşdirdikdən sonra hər iki komandanın baş məşqçiləri arasında dava olub.

“Şirlər”in baş məşqçisi Ayxan Abbasov “kimyaçılar”ın çalışdırıcısı Saşa İliçin qol sevincinə sərt reaksiya verib. Nəticədə görüşün baş hakimi hər iki mütəxəssisə qırmızı vərəqə göstərərək meydandan qovub.

Qeyd edək ki, matç “Sumqayıt”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.