BAKI, 25 noyabr. TELEQRAF

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) İntizam Komitəsi Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunu İrlandiya ilə oyunda qırmızı vərəqə aldığına görə bir oyunluq cəzalandırıb .

Teleqraf xəbər verir ki, o, Ermənistanla oyunu buraxdığına görə diskvalifikasiya artıq başa çatıb.

Qeyd edək ki, Ronaldu milli komandaların, Avropa Çempionatlarının və Çempionlar Liqasının bütün zamanların ən yaxşı bombardiri və rəsmi oyunlarda 900 qola çatan ilk oyunçudur. Portuqaliyalı oyunçu 5 UEFA Çempionlar Liqası, 2016-cı ildə Avropa Çempionatı və iki dəfə UEFA Millətlər Liqasının qalibi olub.