BAKI, 24 noyabr. TELEQRAF

Bu gün futzal üzrə UEFA Çempionlar Liqasının yeni formatda keçirilən növbəti – 1/8 final oyunları keçirilib.

Teleqraf xəbər verir ki, ilk matçda təmsilçimiz “Araz-Naxçıvan” Portuqaliya “Benfika”sı ilə qarşılaşıb. Bakı İdman Sarayında baş tutan görüş qonaqların 9:0 hesablı qələbəsi ilə bitib.

Bu komandalar arasında cavab oyunu dekabrın 5-də Lissabonda keçiriləcək.

“Araz-Naxçıvan” – “Benfika” (0:4) 0:9

UEFA Çempionlar Liqası. 1/8 final. İlk oyun

24 noyabr. Bakı İdman Sarayı

Hakimlər: Yiangos Yiangos, Michael Kristofides, Nikolas Nikolaou

(Hakimlər briqadası Kiprdəndir)

Timekeeper: Theocharis Theocharous (Kipr)

Hakim-inspektor: Qabriel Gherman (Rumıniya)

UEFA nümayəndəsi: Vladimir Kolbasiuc (Moldova)