BAKI, 24 noyabr. TELEQRAF
Türkiyənin "Fənərbağça" klubu qış transfer pəncərəsində heyətini ulduz futbolçu ilə gücləndirmək istəyir.
Teleqraf "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın "Borussiya Dortmund" komandasının müdafiəçisi Nikolas Züle ilə maraqlanır.
30 yaşlı oyunçu "arılar"ın əsas heyətinə düşə bilmədiyi üçün klubunu dəyişməyə müsbət yanaşır. Onun Bundesliqa komandası ilə müqaviləsi mövsümün sonunda bitir.
Züle "Fənərbağça"nın baş məşqçisi Domenik Tedeskonu rəhbərliyi altında daha əvvəl "Hoffenheym"də çıxış edib.
Qeyd edək ki, Nikolas Züle Almaniya yığmasının da üzvüdür. O, cari mövsüm ərzində zədə səbəbindən cəmi üç oyunda iştirak edib.