BAKI, 23 noyabr. TELEQRAF
“İstefa şüarları barədə nəsə deyə bilmərəm. Bu suala cavab vermək çətindir. İstəyərəm ki, Samir Abasovla davam edək və yaxşı nəticələr əldə olunsun. Necə olacağını zaman göstərəcək. Ümid edirəm, “Neftçi” üçün xeyirlisi olar”.
Bu sözləri Teleqraf-a açıqlamasında “Neftçi”nin kapitanı Emin Mahmudov deyib.
Təcrübəli futbolçu Azərbaycan Premyer Liqasının XII turunda evdə “İmişli”yə 2:3 hesabı ilə uduzduqları matçdan və azarkeşlərin “Samir Abasov istefa ver” şüarlarından danışıb.
Ətraflı video: