BAKI, 18 noyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun futbolçusu Kərim Benzema İspaniya "Real Madrid"inə qayıdışını istisna etmir.
Teleqraf xəbər verir ki, bu barədə fransalı hücumçu məşhur insayder Fabritsio Romanoya açıqlamasında deyib.
"Əgər prezident Florentino Peres hələ də oradadırsa, bu, baş verə bilər. Heç vaxt "yox" deməzdim. Özümü madridli kimi hiss edirəm. Ora hələ də mənim doğma şəhərimdir. Gələcəkdə nə olacağını bilmirəm", - deyə Benzema bildirib.
Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən 2023-cü ilə qədər "Real Madrid"də oynayıb. 2022-ci ildə "Qızıl top" mükafatını qazanan ulduz oyunçu "kral klubu" ilə dörd dəfə İspaniya La Liqasını, üç dəfə İspaniya Kral Kubokunu və beş dəfə UEFA Çempionlar Liqası titulunu qazanıb.