BAKI, 12 noyabr. TELEQRAF
“Bizim üçün çox vacib oyundur".
Teleqraf xəbər verir ki, bu sözləri İslandiya yığmasının baş məşqçisi Arnar Qunnlauqsson DÇ-2026-nın seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis bildirib ki, pley-off şanslarını qorumaq üçün sabahki görüşdə uğurlu nəticə qazanmaq istəyirlər:
"Pley-off şanslarını qorumaq üçün bu görüşü gözləyirik. Son oyunumuz Ukrayna ilədir. Azərbaycanla matçı səbirsizliklə gözləyirik. İki gündür Bakıdayıq, Bakı çox gözəl şəhərdir".
“Azərbaycan millisi eyni sistemdə oynayır. Amma indi daha istəkli, daha strukturlu və təşkilatlanmışdır. Müdafiədə, keçidlərdə, topa sahib olmada xeyli irəliləyiblər. Deyirlər ki, İslandiyadakı görüşdə Azərbaycan millisi pis çıxış etdi. Amma mən deyərdim ki, bizim komanda o matçda yaxşı oynadı. Sabah yeni oyunçularımız olacaq. Onlar da özlərini göstərməyə çalışacaq. Bu komanda ilə növbəti Avropa çempionatı heyətinin əsasını formalaşdırmaq istəyirik. Hər millidə yaxşı futbolçular var. Məşqçi: Azərbaycan eyni sistemdə çıxış edir. Komanda son oyunlarda xeyli irəliləyib. Bizim yeni oyunçularımız var. Sabah ə inamlı çıxış etmək istəyirik. Hər millidə yaxşı futbolçular var. Rəqib komandada dinamik oyunçular var. Xüsusilə Ukrayna millisinin qapısına vurulan qolu qeyd edərdim. Yeni baş məşqçinin də roıu böyükdür. Sabah bizi çox çətin oyun gözləyir”.
Mütəxəssis Azərbaycan yığmasına 5:0 qalib gəldikləri ilk oyundan sonra yığmanın baş məşqçisi Fernandu Santuşu istefaya göndərilməsindən danışıb. Onun sözlərinə görə, daha əvvəl də praktikasında belə hallar yaşanıb: “Bu, ilk deyil. Keçmiş klubumda 4-5 belə təcrübəm olub. Kimsə uduzanda kimsə məsuliyyət daşımalıdır. Belə olan halda da baş məşqçi qovulur”.
Qunnlauqsson Azərbaycan - İslandiya matçının favoritinin onlar olduğunu deyib: “Əgər futbol piramidasına baxsaq, biz bir az yuxarıdayıq. Favorit biz sayılırıq. Futbol yeganə oyundur ki, favorit olmayan komanda da qalib gələ bilər. Biz Fransaya qarşı oynayanda onlar favorit idi. Amma şansımız var idi ki, müsbət nəticə qazanaq. Futbol elədir ki, rəqibə hörmətlə yanaşmalısan. Sabah ən yaxşı oyunumuzu göstərməliyik”.
Qeyd edək ki, Azərbaycan – İslandiya matçı sabah “8-ci km” stadionunda saat 21:00-da start götürəcək.