BAKI, 10 noyabr. TELEQRAF

İspaniya “Barselona"sı qış transfer pəncərəsində müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Teleqraf "E-Notícies"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Almaniyanın "Borussiya Dortmund" klubunun müdafiəçisi Niko Şlotterbeki heyətinə qatmaq istəyir.

“Barselona" yanvarda almaniyalı üçün 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Niko Şlotterbek cari mövsüm ərzində 10 oyun keçirib və bir məhsuldar ötürmə edib.