BAKI, 1 noyabr. TELEQRAF
UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün son oyununu keçirən “Araz-Naxçıvan” “Tigers Roermond”la qarşılaşıb.
Teleqraf xəbər verir ki, 3:2 hesabı ilə qələbə qazanan təmsilçimiz qrup mərhələsini lider kimi başa vurub və 1/16 finala vəsiqə qazanıb.
Bu mərhələnin püşkü noyabrın 6-da, oyunlar isə noyabrın 24-də və dekabrın 5-də keçiriləcək.
UEFA Çempionlar Liqası. Əsas mərhələ, III tur
Tigers Roermond (Niderland) - Araz-Naxçıvan (1:1) 2:3
Sala Sporturilor Dunarea
Qollar: Soufian Çarraoui, 18:54, 25:24 // Valerio Giovanny, 10:24, 39:10, Jean Perruzo, 29:51