BAKI, 24 oktyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasında IX tura start verilib.

Teleqraf xəbər verir ki, turun ilk oyununda "Karvan-Yevlax" və "Turan-Tovuz" komandaları üz-üzə gəlib.

Şamaxı şəhər stadionunda təşkil olunan görüşdə Tovuz təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Baş hakim Elvin Bayramovun idarə etdiyi qarşılaşmada hesabı 69-cu dəqiqədə meydan sahibi komandanın futbolçusu Şakil Sno açıb.

Cəmi iki dəqiqə sonra Alexandro Serrano hesabı bərabərləşdirib.

77-ci dəqiqədə isə Roberto Olabe Kurban Berdıyevın rəhbərlik etdiyi komandanın qələbə qolunu vurub.

Bununla da xallarının sayını 18-ə çatdıran "Turan Tovuz" liderliyə yüksəlib. Aktivində 5 xalı olan "Karvan-Yevlax" 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq.