BAKI, 23 oktyabr. TELEQRAF

UEFA Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu ada Qorka Quruseta (“Atletik Bilbao”, İspaniya), Dennis Man (PSV, Niderland), Feliks Nmeça (“Borussiya Dortmund”, Almaniya) və Fermin Lopes (“Barselona”, İspaniya) iddia edirlər.

Quruseta “Qarabağ”la matçda (3:1), Man “Napoli” ilə oyunda (6:2), Nmeça “Kopenhagen”lə (4:2) oyunda dubla imza atıb. Lopes isə “Olimpiakos”la qarşılaşmada (6:1) het-trik müəllifi olub.

Həftənin oyunçusu UEFA-nın rəsmi saytında keçirilən səsvermə yolu ilə bilinəcək.