BAKI, 18 oktyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının VIII turunda “İmişli” və “Qəbələ” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində baş tutan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Baş hakim İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmadq qolları Domi Massumo (43), İbrahim Sanqare (47),
Ronaldo De Souza (74),
Dioqi Almeyda (80) vurub.
Qeyd edək ki, günün növbəti qarşılaşmasında “Sumqayıt” və “Karvan-Yevlax”ı qəbul edəcək.