BAKI, 18 oktyabr. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında VIII turun növbəti 2 oyunu keçiriləcək.
Teleqraf xəbər verir ki, əvvəlcə "İmişli" Quba Olimpiya İdman Kompleksinin stadionunda "Qəbələ"ni qəbul edəcək.
Daha sonra idə "Sumqayıt" "Karvan-Yevlax"la üz-üzə gələcək. Görüş Mehdi Hüsenzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, turun ilk oyun günündə "Şamaxı" "Kəpəz"ə 1:4, "Turan Tovuz" "Qarabağ"a 1:2 hesabı ilə məğlub olub. Tura oktyabrın 19-da yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, VIII tur
18 oktyabr
14:30. “İmişli” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Quba OİK stadionu
18:00. “Sumqayıt” – “Karvan-Yevlax”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Əliyar Ağayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu