BAKI, 17 oktyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının VIII turunun ilk oyun günündə “Turan Tovuz” və “Qarabağ” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, “Azersun Arena”da keçirilən qarşılaşma “köhlən atlar”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüşün 40-cı dəqiqəsində Alexsandro Serrano penalti zərbəsi ilə “köhlən atlar”ın qapısına yol tapıb. Ağdam təmsilçisi fasiləyə geridə yollansa da, 55-ci dəqiqədə Nəriman Axundzadə hesabı bərabərləşdirib. 8 dəqiqə sonra isə Abdullah Zubir fərqlənərək komandaya üstünlük gətirib.
Qeyd edək ki, günün ilk matçında “Kəpəz” səfərdə “Şamaxı”nı 4:1 hesabı ilə məğlub edib. Tura oktyabrın 19-da yekun vurulacaq.