BAKI, 17 oktyabr. TELEQRAF

FIFA milli komandaların reytinq cədvəlini yeniləyib.

Teleqraf xəbər verir ki, Azərbaycan yığması ötən siyahı ilə müqayisədə 1 pillə irəliləyib.

Milli hazırda 1142.25 xalla 123-cü sıradadır.

Siyahıya 1880.76 xalla İspaniya başçılıq edir.

Azərbaycan millisinin 2026-cı il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən olan Fransa üçüncü pilləyə enib (1862.71). Digər rəqiblərə gəlincə, Ukrayna 1555.36 xalla 27-ci sıraya yüksəlibsə, 1344.84 xala malik İslandiya 74-cü pillədəki yerində qalıb.