BAKI, 15 oktyabr. TELEQRAF
İtaliya "Yuventus"unun futbolçusu Kənan Yıldızla bir neçə top klub maraqlanır.
Teleqraf "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisinin türkiyəli hücumçusu İngiltərənin "Çelsi" ilə "Arsenal" və İspaniyanın "Barselona" komandalarının əsas transfer hədəfinə çevrilib.
Yıldızın özü "qoca sinyora"nın heyətində qalmaq istəsə də, rəhbərlikdən maaşının artırılmasının istəyir. O, hazırda ildə 1,7 milyon avro qazanır, lakin məbləğin 6 milyon avroya qaldırılmasını istəyir.
Qeyd edək ki, Kənan Yıldızın "Yuventus"la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. O, cari mövsüm ərzində meydana çıxdığı 8 oyunda 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub.