BAKI, 15 oktyabr. TELEQRAF
İspaniyanın "Barselona" klubu futbolçusu Frenki de Yonqla müqaviləsini yeniləyib.
Teleqraf xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
28 yaşlı yarımmüdafiəçi ilə imzalanan sözləşmənin müddəti 2029-cu ilin yayına qədərdir. Niderland millisinin üzvünün sərbəst qalma məbləği 500 milyon avro təşkil edəcəyi bildirilir.
Qeyd edək ki, Frenki de Yonq 2019-cu ildən "Barselona"da çıxış edir. O, kataloniyalılarla iki dəfə İspaniya çempionatının qalibi olub.