BAKI, 15 oktyabr. TELEQRAF
2026-cı il dünya çempionatına vəsiqə qazanan komandaların sayı 28-ə çatıb.
Teleqraf xəbər verir ki, ABŞ, Kanada və Meksikada təşkil olunacaq mundialda ümumilikdə 48 yığma iştirak edəcək.
DÇ-2026-da iştirakı ev sahibi üç ölkədən əlavə bu millilər təmin edib:
Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo Verde, Cənubi Afrika Respublikası, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı və İngiltərə.
Qalan iştirakçılar isə seçmə mərhələnin növbəti oyunlarında müəyyənləşəcək.