BAKI, 11 oktyabr. TELEQRAF
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, milli Fransada İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş rəqibin böyük hesablı qələbəsi ilə başa çatıb - 5:1.
Millimizin heyətində yeganə qolu 45+1-ci dəqiqədə Samir Şərifov vurub. 90+6-cı dəqiqədə isə Amin Rzayev ikinci sarıdan qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, U-17 yığma ilk oyununda Fransaya 0:8 hesabı ilə uduzmuşdu.