BAKI, 10 oktyabr. TELEQRAF
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək.
Teleqraf xəbər verir ki, B qupunda yer alan yığma səfərdə Çexiyanın qonağı olacaq.
Şimali Makedoniyadan olan FIFA referisi Yovan Kaçevski idarə edəcəyi görüş Karvina şəhər stadionunda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Millini matça ilk dəfə Rəşad Eyyubov çıxaracaq.
Xatırladaq ki, hazırda B qrupunda Portuqaliya millisi 6 xalla liderdir. Eyni xala malik Çexiya ikinci pillədə qərarlaşıb. Bolqarıstan 4 xalla üçüncü, Şotlandiya 3 xalla dördüncüdür. 1 xala malik Azərbaycan beşinci, xalı olmayan Cəbəllütariq isə sonuncu - altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, U-21 seçmə mərhələdə daha əvvəl keçirdiyi görüşlərdə səfərdə Portuqaliya yığmasına 0:5 hesabı ilə məğlub olub, Bakıda Bolqarıstanla 1:1 hesablı heç-heçə etmişdi.