BAKI, 8 oktyabr. TELEQRAF

İspaniyanın “Sevilya” klubunun futbolçusu Rafa Mir cinsi təcavüz ittihamı ilə məhkəməyə verilib.

Teleqraf “A Bola” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu 2024-cü il sentyabrın 1-də 21 yaşlı qıza qarşı təcavüzdə iştirak etdiyini müəyyən edib.

Rafa Mir Valensiyada əyləncə məkanlarından birində tanış olduğu qadını yaşadığı evə gətirərək onlara qarşı zorakılıq törədib. Məhkəmə tərəfindən Rafa Mir üçün 13 500 avro məbləğində girov təyin edilib.

Qeyd edək ki, 28 yalı futbolçu hazırda icarə əsasında “Elçe” klubunda çıxış edir.