BAKI, 4 oktyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının VII turunun növbəti oyununda “Sumqayıt”la “Turan Tovuz” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda təşkil olunan görüş qonaqların inamlı qələbəsi ilə başa çatıb - 3:0.

Matçda qolları Co Batista (35-ci dəqiqə), Aleks Souza (59) və Ayxan Hüseynov (90+3) vurublar.

Bununla da “Turan Tovuz” xallarının sayını 15-ə çatdıraraq birinci pilləyə yüksəlib. “Sumqayıt” 11 xalla 5-cidir.

Qeyd edək ki, tura oktyabrın 5-də yekun vurulacaq.