BAKI, 27 sentyabr. TELEQRAF
“Əl-Nəsr”in futbolçusu Kriştianu Ronaldu karyerasında 946-cı qolunu vurub.
Teleqraf xəbər verir ki, bu, Səudiyyə Ərəbistanı Pro Liqasının IV turunda evdə “Əl-İttihad”la 1:1 hesablı bitən oyuna təsadüf edib.
40 yaşlı hücumçu matçın 35-ci dəqiqəsində fərqlənib. Ronaldu karyerası ərzində klub səviyyəsində 805, Portuqaliya millisində isə 141 qol vurub.
Qeyd edək ki, portuqaliyalı forvardın “Əl-Nəsr”lə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.