BAKI, 24 sentyabr. TELEQRAF
Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsi start götürür.
Teleqraf xəbər verir ki, əsas mərhələnin açılış günündə 9 oyun keçiriləcək.
Türkiyə təmsilçisi “Fənərbağça” ilk oyununu Zaqrebdə “Dinamo”ya qarşı keçirəcək. Yunanıstan təmsilçisi PAOK İsrailin "Makkabi Tel-Əviv" komandasını qəbul edəcək. I turun ilk günündə iki matç 20:45-də, digərləri isə 23:00-da start götürəcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi, I tur
20:45. Midtyulland (Danimarka) – Şturm (Avstriya)
20:45. PAOK (Yunanıstan) – Makkabi Tel-Əviv (İsrail)
23:00. Frayburq (Almaniya) – Bazel (İsveçrə)
23:00. Srvena Zvezda (Serbiya) – Seltik (Şotlandiya)
23:00. Betis (İspaniya) – Nottingem Forest (İngiltərə)
23:00. Dinamo (Zaqreb, Xorvatiya) – Fənərbağça (Türkiyə)
23:00. Nitsa (Fransa) – Roma (İtaliya)
23:00. Malmö (İsveç) – Ludoqorets (Bolqarıstan)
23:00. Braqa (Portuqaliya) – Feyenoord (Niderland)
Qeyd edək ki, ilk turun digər 9 qarşılaşması sabah keçiriləcək.