BAKI, 22 sentyabr. TELEQRAF

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının mərasimində ilin ən yaxşı baş məşqçisi seçilib.

Teleqraf xəbər verir ki, bu ada Fransanın PSJ klubunun çalışdırıcısı Luis Enrike layiq görülüb.

Enrike 2024/25 mövsümündə PSJ ilə Fransa Liqa 1-in Fransa Kubokunun, Fransa Superkubokunun, həmçinin UEFA Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.

Arne Slot (“Liverpul”), Hans-Diter Flik (“Barselona”), Antonio Konte (“Napoli”) və Enzo Mareska (“Çelsi”) da mükafata namizəd olublar.