BAKI, 17 sentyabr. TELEQRAF

“Bu, istədiyimiz nəticə deyildi”.

Teleqraf xəbər verir ki, bunu Portuqaliyanın "Benfika" klubunun baş məşqçisi Brunu Laje UEFA Çempionlar Liqasının əsas mərhələsində evdə “Qarabağ"a 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.

Portuqaliyalı mütəxəssis matça yaxşı başladıqları söyləyib: "İlk yarım saat yaxşı oynadıq. “Qarabağ”ın ilk qolu bizə çətinlik yaratdı. Bundan sonra oyunda qalmaqda çətinlik çəkdik. İki qol buraxmaq bizə çox pis təsir etdi".