BAKI, 17 sentyabr. TELEQRAF
Portuqaliyada “Benfika" və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I tur oyunu keçirilib.
Teleqraf xəbər verir ki, paytaxt Lissabondakı "Da Luj" stadionunda təşkil olunan görüşdə Ağdam təmsilçisi tarixi qələbə qazanıb - 3:2.
Qurban Qurbanovun komandasından Leandro Andrade (30-cu dəqiqə), Kamilo Duran (48) və Aleksey Kaşuk (86) fərqləniblər.
Meydan sahibinin heyətində isə Enzo Barreneçea (6), eləcə də Vanqelis Pavlidis (16) adını tabloya yazdırıb.
Bununla da “Qarabağ” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan çempionu növbəti görüşünü oktyabrın 1-də evdə Danimarka “Kopenhagen”inə qarşı keçirəcək.
***
00:45
Portuqaliyada “Benfika" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda növbəti qol vurulub.
Teleqraf xəbər verir ki, paytaxt Lissabondakı "Da Luj" stadionunda təşkil olunan görüşdə Ağdam təmsilçisinin hücumçusu Aleksey Kaşuk fərqlənib.
***
00:08
Portuqaliyada “Benfika" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda hesab bərabərləşib.
Teleqraf xəbər verir ki, paytaxt Lissabondakı "Da Luj" stadionunda təşkil olunan görüşdə Ağdam təmsilçisinin hücumçusu Kamilo Duran fərqlənib.
***
00:03
Portuqaliyada “Benfika" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda ikinci hissə başlayıb.
Teleqraf xəbər verir ki, paytaxt Lissabondakı "Da Luj" stadionunda təşkil olunan görüşdə meydan sahibi komanda hesabda öndədir - 2:1.
***
23:48
Portuqaliyada “Benfika" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda ilk hissə başa çatıb.
Teleqraf xəbər verir ki, paytaxt Lissabondakı "Da Luj" stadionunda təşkil olunan görüşdə meydan sahibi komanda hesabda öndədir - 2:1.
***
23:31
Portuqaliyada “Benfika" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda üçüncü qol vurulub.
Teleqraf xəbər verir ki, paytaxt Lissabondakı "Da Luj" stadionunda təşkil olunan görüşün 30-cu dəqiqəsində Ağdam təmsilçisinin yarımmüdafiəçisi Leandro Andrade adını tabloya yazdırıb.
***
23:17
Portuqaliyada “Benfika" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda növbəti qol vurulub.
Teleqraf xəbər verir ki, paytaxt Lissabondakı "Da Luj" stadionunda təşkil olunan görüşün 16-cı dəqiqəsində “Benfika”nın hücumçusu Vanqelis Pavlidis fərqlənib.
***
23:07
Portuqaliyada “Benfika" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda hesab açılıb.
Teleqraf xəbər verir ki, paytaxt Lissabondakı "Da Luj" stadionunda təşkil olunan görüşün 6-cı dəqiqəsində “Benfika”nın üzvü Enzo Barreneçea fərqlənib.
***
23:00
Portuqaliyada “Benfika" və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyunu start götürüb.
Teleqraf xəbər verir ki, görüş paytaxt Lissabondakı "Da Luj" stadionunda təşkil olunur.
UEFA Çempionlar Liqası
Əsas mərhələ, I tur
16 sentyabr
23:00. "Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) - 2:3
Qollar: E.Barreneçea, 6, V.Pavlidis, 16; L.Andrade, 30, K.Duran, 48, A.Kaşuk, 86
Hakimlər: Erik Lambrexts, Co De Vayrdt, Kevin Monteni, Natan Verbumen
VAR: Bram Van Drişşe (hamısı Belçika)
VAR köməkçisi: Fedayi San (İsveçrə)
Lissabon, "Da Luj" stadionu.