BAKI, 8 sentyabr. TELEQRAF

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşla yollar ayrılıb.

Teleqraf xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev mətbuat konfransında deyib.

O, portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyini bildirib.

Azərbaycan komandasının DÇ-2026-nın seçmə mərhələsində Ukrayna komandası ilə oyuna U-21 yığmanın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.

Qeyd edək ki, Fernandu Santuş 2024-cü ilin yayından Azərbaycan millisinin baş məşqçisi idi. Komanda onun rəhbərliyi altında 11 oyunun 9-da uduzub, 2-də heç-heçə edib.