BAKI, 6 sentyabr. TELEQRAF
Ermənistan milli komandası 2026-cı ildə keçiriləcək Dünya çempionatının seçmə mərhələsində Portuqaliyanı qəbul edib.
Teleqraf xəbər verir ki, İrəvandakı “Respublika” stadionunda keçirilən qarşılaşma qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda qolları “Əl-Nəsr”in hücumçusu Joau Feliks (10-cu dəqiqə), “Əl-Hilal”ın müdafiəçisi Joao Kanselo ( 32-ci dəqiqə) və Kriştiano Ronaldu (21 və 46-cı dəqiqələr) vurub.
Ronaldu dubla imza atmaqla millinin heyətində qol sayını 142-ə çatdırıb.