BAKI, 1 sentyabr. TELEQRAF
“Barselona”nın sabiq baş məşqçisi Xavi “Bayer” klubuna baş məşqçi keçə bilər.
Teleqraf "Sky Germany" nəşrinə istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi Erik Ten Haqın yerinə namizəd kimi onu nəzərdən keçirilir.
45 yaşlı ispaniyalı mütəxəssislə rəsmi razılaşma yoxdur.
Qeyd edək ki, Xavi daha əvvəl Qətərin “Əl-Sədd” komandasını, son olaraq isə “Barselona”nı çalışdırıb. 2021-ci ilin noyabrından 2024-cü ilin iyununa qədər Kataloniya təmsilçşisinə rəhbərlik edən mütəxəssis 2023-cü ildə İspaniya çempionu edib.