BAKI, 30 avqust. TELEQRAF
UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edən "Araz-Naxçıvan" bu gün qrupda son oyununu keçirib.
Teleqraf xəbər verir ki, Avstriya çempionu "Ljuti Krajişniçi" ilə qarşılaşan təmsilçimiz 12:3 hesabı ilə qələbə qazanıb.
"Araz-Naxçıvan" bundan əvvəlki iki oyunda da böyükhesabla qalib gəlib. Aktivində 9 xal olan "qırmızı-ağlar" qrup lideri kimi mübarizəni əsas mərhələdə davam etdirmək hüququ qazanıb. Bu mərhələnin oyunları oktyabrın sonu, noyabrın əvvəlləri keçiriləcək.