BAKI, 29 avqust. TELEQRAF
"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Portuqaliya "Benfika"sı Ukraynanın "Şaxtyor" klubunun futbolçusu Georgi Sudakovu transfer etməyə yaxındır.
Teleqraf xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər arasında artıq tam razılıq əldə olunub. Ukraynalı futbolçu yaxın günlərdə paytaxt Lissabona gedərək tibbi müəyyinədən keçəcək.
"Benfika" 22 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 27 milyon avro ödəyəcək. Daha 5 milyon avro isə bonuslar şəklində olacaq. Bundan əlavə, "Şaxtyor" oyunçunun növbəti satışından 20% gəlir əldə edəcək.
Sudakov yeni komandsında "10" nömrə altında çıxış edəcək.
Qeyd edək ki, Georgi Sudakov “Şaxtyor”un yetirməsidir. O, "narıncı-qaralar"ın əsas heyətində 146 oyun keçirib, 33 qol vurub, 19 məhsuldar ötürmə edib.