BAKI, 29 avqust. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

Teleqraf xəbər verir ki, turun açılış oyununda “Sumqayıt” “Şamaxı”nı qəbul edəcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüş saat 18:30-da start götürəcək.

Günün digər matçı isə “Neftçi” və “Turan Tovuz” komandaları arasında oynanılacaq.

“Neftçi Arena”da keçiriləcək görüşün start fiti 20:30-da eşidiləcək.

Qeyd edək ki, turun qalan oyunları 30-31 avqustda baş tutacaq.

Azərbaycan Premyer Liqası

III tur

29 avqust

18:30. “Sumqayıt” – “Şamaxı”

Hakimlər: Kamal Umudlu, Namik Hüseynov, Vüsal Məmmədov, Emin Əliyev

VAR: Tural Qurbanov

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Feyzi Feyzullayev

AFFA nümayəndəsi: Anar Şıxəliyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

20:30. “Neftçi” – “Turan Tovuz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov

VAR: Nicat İsmayıllı

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Neftçi Arena”