BAKI, 22 avqust. TELEQRAF

UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

Teleqraf xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Samsunspor” Afinada “Panatinaikos”a uduzaraq, mərhələ adlamaq şanslarını çətinə salıb.

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı “Şkendiya” klubu öz meydanında “Ludoqorets”i minimal hesabla məğlub edib.

Qeyd edək ki, cavab oyunları 1 həftə sonra keçiriləcək.

UEFA Avropa Liqası, pley-off mərhələsi, ilk oyunlar

21 avqust

20:00 “Midtyulland” (Danimarka) – “KuPS” (Finlandiya) – 4:0

21:00 “Brann” (Norveç) – “AEK Larnaka” (Kipr) – 2:1

21:00 “Malmö” (İsveç) – "Siqma" (Çexiya) – 3:0

22:00 "Makkabi" (Təl-Əviv, İsrail) – "Dinamo" (Kiyev, Ukrayna) – 3:1

22:00 "Panatinaikos" (Yunanıstan) – "Samsunspor" (Türkiyə) – 2:1

22:00 "Şkendiya" (Şimali Makedoniya) – "Ludoqorets" (Bolqarıstan) – 2:1

22:00 "Zrinski" (Bosniya və Herseqovina) – "Utrext" (Niderland) – 0:2

22:15 "Slovan" (Slovakiya) – "Yanq Boyz" (İsveçrə) – 0:1

22:30 "Lex" (Polşa) – "Genk" (Belçika) – 1:5

22:45 "Aberdin" (Şotlandiya) – FCSB (Rumıniya) – 2:2

22:45 "Riyeka" (Xorvatiya) – PAOK (Yunanıstan) – 1:0

23:00 "Linkoln" (Cəbəllütariq) – "Braqa" (Portuqaliya) – 0:4