BAKI, 21 avqust. TELEQRAF

Almaniyanın "Bayer Leverkuzen" klubunun futbolçusu Amin Adli İngiltərə "Bornmut"una transfer olunub.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı cinah oyunçusu yeni komandası ilə 5 illik müqavilə imzalayıb.

Bornmut şəhər təmsilçisi Adli üçün qarşı tərəfə 21+9 milyon avro ödəyəcək.

Qeyd edək ki, Amin Adli 2021-ci ildən "Bayer Leverkuzen"in şərəfini qoruyurdu. O, cari mövsüm ərzində meydana çıxdığı 1 oyunda məhsuldar ötürmə müəllifi olub.