BAKI, 21 avqust. TELEQRAF

Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib.

Teleqraf xəbər verir ki, siyahıda 2-si qapıçı olmaqla ümumilikdə 14 futzalçı yer alıb.

Qapıçılar: 1. Emin Kürdov, 12. Rövşən Hüseynli

Oyunçular: 7. Xəzər Ağalızadə, 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 21. Filipinyo, 98. Karlos Bertuola, 10. Perruzo, 49. Giovanni, 3. Qüdrət Qasımzadə, 29. Luicci Longo, 9. Alleks Rezende, 15. Aleks Teyşeyra

Qeyd edək ki, "Araz-Naxçıvan"ın yer aldığı qrupun oyunları Avstriyanın Linz şəhərində keçiriləcək.