BAKI, 14 avqust. TELEQRAF

UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları bu gün keçiriləcək.

Teleqraf xəbər verir ki, Azərbaycanı təmsil edən 2 komanda pley-off mərhələsinə vəsiqə uğrunda yarışacaq.

Səfərdə “Levski”yə minimal hesabla uduzan “Sabah” Bakıda mərhələ keçmək şanslarını saxlayır.

“Araz-Naxçıvan” isə böyük ölçüdə mübarizədən qopmuş sayılır. Naxçıvanı təmsil edən klub “Omoniya” ilə ilk matçda Bakıda 4 cavabsız top buraxdığından, Kiprdə pley-off-a yüksəlmək ehtimalı ağlabatan deyil.

14 avqust

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, cavab oyunları

20:00. “Sabah” (Azərbaycan) – “Levski” (Bolqarıstan)

İlk oyun: 0:1

Baş hakim: Mikola Balakin
Baş hakimin köməkçiləri: Aleksandr Berkut, Viktor Matyaş
Dördüncü hakim: Vitali Romanov

VAR: Oleksi Derevinskyi
AVAR: Klim Zabroda
(Hakimlər briqadası Ukraynadandır)

21:00. “Omoniya” (Kipr) – “Araz-Naxçıvan” (Azərbaycan)

İlk oyun: 4:0

Baş hakim: Yakob Kehlet

Baş hakimin köməkçiləri: Lars Hummelgaard, Martin Markus

Dördün cühakim: Mikkel Redder

VAR: Sandi Putros

AVAR: Morten Krogh
(Hakimlər briqadası Danimarkadandır)