BAKI, 11 avqust. TELEQRAF
“Səbail” klubu 2025/2026-cı il mövsümü üçün növbəti futbolçunu heyətinə qatıb.
Teleqraf klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, ötən mövsümü “Sumqayıt”da keçirmiş qapıçı Rəşad Əzizli ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Səbail" növbəti mövsüm I Liqada mübarizə aparacaq.