BAKI. 28 iyul. TELEQRAF
"Sumqayıt" klubu Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadəni transfer edib.
Teleqraf-ın məlumatına görə, bu barədə "gənclik şəhəri" təmsilçisi paylaşım edib.
Onunla 2+1 illik müqavilə bağlanılıb. Yeni transfer 7 nömrəli formanı geyinəcək.
Əhmədzadə iyulun 18-də müqavilə üzrə məxsus olduğu "Qarabağ" klubu ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb. 24 yaşlı hücumçu son üç mövsümdə icarə əsasında “Zirə”də çıxış edib.
Qeyd edək ki, 2022-ci ilin yanvarında “Qarabağ”a keçən Rüstəm Əhmədzadə Ağdam təmsilçisinin heyətində Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.
"Sumqayıt" buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom və Rayan Senhacini heyətinə qatıb.