BAKI, 28 iyul. TELEQRAF
“Səbail” növbəti transferini reallaşdırıb.
Teleqraf klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, "dənizçilər" “Araz-Naxçıvan”da çıxış etmiş Vüsal Şabanovu heyətinə qatıb.
23 yaşlı qapıçı ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Səbail" növbəti mövsüm I Liqada mübarizə aparacaq.