BAKI, 28 iyul. TELEQRAF

Rusiyanın "Dinamo Moskva" klubu Türkiyə "Beşiktaş"ından Baktiyor Zaynutdinovu transfer edib.

Teleqraf xəbər verir ki, bu barədə Moskva təmsilçisinin rəsmi saytı məlumat yayıb.

27 yaşlı qazaxıstanlı yarımmüdafiəçi "ağ-göylər"lə 4 illik müqavilə imzalayıb. "Transfermarkt" portalının məlumatına görə, keçidin məbləği 2,8 milyon avro olub.

Qeyd edək ki, Baktiyor Zaynutdinov 2023-cü ilin yayından "Beşiktaş"da idi. O, Qazaxıstan millisində keçirdiyi 42 oyunda 14 qolla yadda qalıb.