BAKI, 28 iyun. TELEQRAF

“Sabah” futbolçusu Vinsent Till ilə yollarını ayırıb.

Teleqraf klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, lüksemburqlu yarımmüdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Till 2023-cü ildən etibarən “Sabah”ın uğurları üçün çalışırdı. O, “bayquşlar”ın heyətində 35 oyuna çıxaraq 3 qol vurub.