BAKI, 27 iyun. TELEQRAF

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) futbolçuları Avropanın yüksək liqalarına hazırlayan ən yaxşı akademiyaların siyahısını tərtib edib.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, araşdırma dünyanın 55 aparıcı futbol akademiyasının 2005/2006 mövsümündən 2024/2025 mövsümünə qədər dövrünü əhatə edib.

Akademiya yetirmələri dedikdə, 15 - 20 yaşlı klub akademiyasında ən azı üç mövsüm keçirmiş futbolçular nəzərdə tutulur. Eyni meyar UEFA tərəfindən də istifadə olunur. Statistikaya daxil olmaq üçün futbolçu Avropanın 5 liqasında ən azı bir oyun keçirməlidir.

CIES, demək olar ki, 20 il ərzində yüksək liqalar üçün ən çox futbolçunu İspaniyanın "Real Madrid" klubunun yetişdirdiyini müəyyən edib. Tədqiq olunan dövrdə "kral klubu"nun 166 akademiya tələbəsi Avropanın aparıcı liqalarında 1 milyon 78 min 118 dəqiqə meydanda olub.

Sonrakı yerdə Avropanın ilk "5-liy"ində oynayan, 156 oyunçu yetişdirən "Barselona"nın məşhur "La Masia" akademiyası gəlir.

Üçüncü sırada Fransanın PSJ komandası qərarlaşıb - 111 nəfər.

Fransanı digər təmsilçisi "Lion" isə yetirmələrinin aparıcı liqalarda keçirdikləri oyun müddətinə görə üçüncüdür - 103 oyunçu və 812 385 dəqiqə.

2005/2006 - 2024/2025 mövsümlərində yetirmələri Avropanın ilk "5-liy"ində oynamış 15 ən yaxşı akademiya:

Klub

Oyunçu

Dəqiqə

1

"Real Madrid" (İspaniya)

166

1,078,118

2

"Barselona" (İspaniya)

156

1,043,263

3

"Lion" (Fransa)

103

812,385

4

"Mançester Yunayted" (İngiltərə)

103

646,061

5

"Renn" (Fransa)

94

627,861

6

"Atalanta" (İtaliya)

94

580,199

7

"Atletik Bilbao" (İspaniya)

89

573,537

8

PSJ (Fransa)

111

556,606

9

"Real Sosyedad" (İspaniya)

77

548,535

10

"Valensiya" (İspaniya)

87

542,293

11

"Tuluza" (Fransa)

87

519,668

12

"Bavariya" (Almaniya)

80

514,931

13

"Atletiko Madrid" (İspaniya)

84

506,554

14

"Roma" (İtaliya)

80

502,712

15

“Monako” (Fransa)

88

497,075