
BAKI. 21 iyun. TELEQRAF
ABŞ-da təşkil olunan klublararası dünya çempionatında günün ilk matçı CAR-ın "Mamelodi Sandaunz" və Almaniyanın "Borussiya (Dortmund) komandaları arasında keçirilib.
Teleqraf xəbər verir ki, Tsintsinnati şəhərindəki TQL stadionunda baş tutmuş qarşılaşma "Borussiya"nın qələbəsi ilə yekunlaşıb - 4:3.
11-ci dəqiqədə afrikalıların vingeri Lukas Ribeyro hesabı açıb. 19-cu dəqiqədə "Borussiya"nın yarımmüdafiəçisi Feliks Nmeça bərabərlik qolunu vurub. 34-cü dəqiqədə hücumçu Seru Girassi dortmunduları irəli çıxarıb. 45-ci dəqiqədə Cob Bellingem komandasının üçüncü qolunu vurub.
60-cı dəqiqədə "Mamelodi Sandaunz"un müdafiəçisi Xuliso Mudau öz qapısına qol vurub. 2 dəqiqə sonra onun həmklubu İkraam Reyners toplardan birinin əvəzini çıxıb. 90-cı dəqiqədə isə afrikalı hücumçu Lebo Motiba hesabdakı fərqi minimuma endirib.
Bu qələbə sayəsində "Borussiya" 4 xalla F qrupuna başçılıq edir. "Mamelodi Sandaunz" isə 3 xalla 2-ci yerdə gedir.