BAKI, 17 iyun. TELEQRAF
Bu gün keçiriləcək UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkatmasında Azərbaycan təmsilçisi "Sabah"ın potensial rəqiblərinin sayı yarıbayarı azalıb.
Teleqraf xəbər verir ki, "Sabah"a Ukraynanın "Şaxtyor", Moldovanın "Şerif", Sloveniyanın "Tselye" və Slovakiyanın "Spartak Trnava" komandalarından biri rəqib olacaq.
Püşkatma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.