BAKI, 14 iyun. TELEQRAF
ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu Lionel Messi klublararası dünya çempionatından gözləntilərini açıqlayıb.
Teleqraf xəbər verir ki, argentinalı hücumçu ən yaxşı klublarla rəqabət aparmaq və uğur qazanmaq istəyi ilə alışıb-yandığını bildirib.
"Maraqlı yarışdır. Orada iştirak etmək imkanının olması çox gözəldir. Mənim gözləntilərim digər komandalarda oynadığım vaxtlardan fərqlidir. Mən ən yaxşı klublarla rəqabət aparma və uğur qazanma fürsətini səbirsizliklə gözləyirəm", - Messi deyib.
Qeyd edək ki, iyunun 15-dən iyulun 13-dək ABŞ-də klublararası dünya çempionatı keçiriləcək. Turnirdə 32 komanda iştirak edəcək. Komandalar 8 qrupa bölünüb, qruplarda birinci və ikinci yeri tutanlar 1/8 finala yüksələcək.
A qrupunda yer alan "İnter Mayami" "Əl Əhli" (Səudiyyə Ərəbistanı), "Porto" (Portuqaliya) və "Palmeyras" (Braziliya) ilə qarşılaşacaq .
Lionel Messi MLS klubunda 2023-cü ildən çıxış edir.