BAKI, 7 iyun. TELEQRAF

Futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti görüşlər keçirilib.

Teleqraf xəbər verir ki, günün ilk matçında Bosniya və Herseqovina evdə San Marinonu minimal hesabla üstələyib - 1:0.

H qrupunda yarışan bosniyalılar 3-cü oyundan sonra maksimum xalla liderdir. San Marino hər üç oyunu uduzub.

İngiltərə K qrupunda səfərdə Andorranı eyni hesabla məğlub edib. Tomas Tuxelin rəhbərlik etdiyi kollektiv üç matçdan sonra 9 xalla birincidir. Andorranın aktivində xal yoxdur.

G qrupunda isə Malta öz meydanında Litva seçməsi ilə qolsuz bərabərliyə razılaşıb. Aktivində iki xalı olan qonaqlar 3-cü, ilk xalını qazanan maltalılar isə 4-cü sırada qərarlaşıb.

Qeyd edək ki, günün digər oyunlarında Avstriya Rumıniyanı, Albaniya Serbiyanı, Finlandiya isə Niderlandı qəbul edəcək.